Xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində ölkədaxili ictimai-siyasi məsələlərə, xarici səfərlərə və görüşlərə dair materiallar, dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, tanınmış şəxsiyyətlərə məktubları verilmişdir. Burada, eyni zamanda ATƏT-in İstanbul sammitində və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə nitqləri, dövlət və hökumət başçıları ilə apardığı danışıqlar, xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında imzalanmış sənədlər nəşr edilmişdir. Həmçinin, Azərbaycan ilə Bolqarıstan, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə imzalanmış sənədlər, informasiya vasitələrinə verdiyi müsahibələr toplanmışdır. Azərbaycan yazıçılarının bir qrupu, dünya şöhrətli alim İnsan Doğramacı, dahi musiqişi Mstislav