Təqdim edilən nəzəriyyənin tətbiqi ilə bütün səviyyələrdən olan dil vahidləri, o cümlədən, söz və forma, nitq və söyləm linqvo-psixoloji baxımdan təhlil edilir. Dərketmə və təfəkkür proseslərinin dil sistemində, eləcə də, dil sistemini əmələ gətirən vahidlərin dərketmə və təfəkkür proseslərində əks olunmasına əsaslanan qarşılıqlı vəhdətin mahiyyəti izah olunur.
Biblioqrafik təsvir
Əsgərov, Mayıl Binnət oğlu. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi / M. B. Əsgərov; elmi red. Q. Ş. Kazımov; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Elm və Təhsil, 2015.- 192 s.