Kitab haqqında

Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi

Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi

Sərlövhə:
Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi
Müəllif:
Əhmədov Nəsimi
Nəşr ili:
2018
Annotasiya:
Monoqrafiyada ilk dəfə olaraq Azərbaycanın Abşeron iqtisadi regionunda sənayenin inkişafında mineral-xammal sərvətlərindən istifadənin səmərəliliyinin artırılması istiqamətində nəzəri və praktiki məsələlər kompleks şəkildə tədqiq edilmişdir. Əsərdə sənayenin inkişafında təbii sərvətlərdən istifadənin nəzəri-metodoloji əsasları, mineral-xammal sərvətlərinin iqtisadi qiymətləndirilməsinin əsas xüsusiyyətləri, qloballaşma şəraitində neft-qaz sərvətlərindən istifadənin dünya mineral-xammal bazarının formalaşmasına təsiri araşdırılmış, Abşeron iqtisadi regionunda mineral-xammal təmayüllü sənayenin inkişaf meyilləri göstərilmiş, neft-qaz və mineral-tikinti xammal sərvətlərindən istifadənin müasir vəziyyəti təhlil edilmişdir.

Biblioqrafik təsvir

Əhmədov, Nəsimi Vaqif oğlu. Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi: monoqrafiya / N. V. Əhmədov; elmi red. R. Sultanova; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Elm və Həyat, 2018.- 326 s.