Kitab haqqında

Siyasət xalqın taleyidir

Siyasət xalqın taleyidir

Sərlövhə:
Siyasət xalqın taleyidir
Müəllif:
İsmayılov İlyas
Nəşr ili:
2007
Annotasiya:
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı, hüquq elmləri doktoru İlyas İsmayılovun "Siyasət xalqın taleyidir" adlı kitabı üç bölmədən ibarətdir. Kitabın birinci bölməsində onun son illər ərzində ayrı-ayrı tarıxı şəxsiyyətlər, tanınmış elm və peşə sahibləri haqda yazdığı tədqiqat və portret-yazı xarakterli məqalələri, bəzi çıxışları; ikinci bölməsində müsahibələri; üçüncü bölməsində isə müxtəlif vaxtlarda ona qarşı irəli sürülən ittihamlara özü və başqaları tərəfindən verilən cavablar, həmçinin İ.İsmayılov şəxsiyyətini açmağa imkan verən bir sıra müəlliflərin yazıları toplanıb. Oxucular həm də respublikamızın ictimai-siyasi həyatı, regionda və dünyada baş verən geosiyasi və geostrateji proseslərin ölkəmizə təsiri barədə xeyli qiymətli məlumatlar, ciddi analitik təhlildən keçmiş konkret nəticələr əldə edəcək.

Biblioqrafik təsvir

İsmayılov, İlyas Abbas oğlu. Siyasət xalqın taleyidir: məqalələr, çıxışlar, müsahibələr və haqqında yazılanlar / İ. A. İsmayılov; tərt.-red. E. Şükürlü, elmi red. Ə. Abbasov.- Bakı: Qanun, 2007.- 456 s.