Azərbaycan Demokratik Respublikasının xarici siyasəti
Azərbaycan Demokratik Respublikasının xarici siyasəti
Sərlövhə:
Azərbaycan Demokratik Respublikasının xarici siyasəti
Müəllif:
Nəsibli Nəsib
Nəşr ili:
2011
Annotasiya:
Dərs vəsaitinin tədqiqat obyekti Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin əsas istiqamətləridir. Kitabda Fevral inqilabından sonra Azərbaycanda yaranmış siyasi vəziyyət, Azərbaycan nümayəndələri ilə Osmanlı nümayəndələri arasında aparılan danışıqlar, iki ölkə arasında hərbi, siyasi, mədəni və b. sahələrdəki əməkdaşlıq araşdırılıb; Mudros sülhündən sonra yaranmış yeni şəraitdə Azərbaycan diplomatiyasının Antanta ölkələri və onların nümayəndələri ilə işi diqqət mərkəzinə çəkilib; Gürcüstan, Ermənistan, Cənub-Qərbi Qafqaz Respublikası, Dağıstan və İranla çətinliklə qurulan münasibətlərə böyük yer verilib; Azərbaycan nümayəndə heyətinin Paris Sülh konfransında iştirakına xüsusi hissə həsr edilib.
Biblioqrafik təsvir
Nəsibli, Nəsib Loğman oğlu. Azərbaycan Demokratik Respublikasının xarici siyasəti: dərs vəsaiti / N. L. Nəsibli; red. S. S. Həmidov.- Bakı: Qanun, 2011.- 328 s.