Təqdim olunan kitab amerikalı politoloq Samuel Hantiqtonun 2005-ci ildə Moskvada rus dilində çap olunmuş "Sivilizasiyaların toqquşması" kitabında irəli sürülən konsepsiyaya cavab olaraq yazılmışdır. Əsər polemik xarakter daşıyır, S. Hantiqtonun fikirləri təhlil edilir, çox hallarda tənqid edilir. Bütün hallarda müəllif öz mülahizə və nəticələrini əsaslandırmağa çalışır.
Rüstəmov, Yusif İman oğlu. Sivilizasiyaların qarşılıqlı münasibəti (Samuel Hantiqton) / Y. İ. Rüstəmov; elmi red. H. Z. Hüseynov; AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu.- Bakı: Səda, 2007.- 144 s.