Böyük Vətən müharibəsi cəbhələrində minlərlə şəmkirli mərdliklə vuruşmuş, rəşadət göstərmişdir. Odlu-alovlu səngərlərdən keçmiş bu insanların 212 nəfərinə Qələbənin 60 illiyini bizimlə bir yerdə keçirmək nəsib olmuşdur. Bu kitab müstəqil Azərbaycanımızın doğma Qarabağını erməni işğalçılarından azad etmək, orada bayrağımızı ucaltmaq əzmi ilə yaşayan oğullarına nümunə olan Şəmkir ağsaqqallarına həsr edilir. Bu insanların həyatı, döyüş və əmək hünərləri onlara bir örnəkdir.
Biblioqrafik təsvir
Şəmkir veteranları: 1941-1945 / red.: N. Hacızadə, Y. Əsədov; tərt.: A. Cahangirov, Y. Əliyev, R. Qurbanov.- Bakı: Azərnəşr, 2005.- 244 s.