Kitabda müdrik dövlət xadiminin ölkəmizin ictimai-siyasi həyatına, iqtisadi-maliyyə sisteminə, dövlət idarəçiliyinin inkişafına, özəl sektorun genişlənməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun, onun haqq işinin dünya miqyasına yüksəldilməsinə, tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfrasına, Azərbaycanda insan hüquqları ilə əlaqədar tədbirlərin müəyyən edilməsinə aid materiallar, həmçinin Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü münasibətilə yubiley mərasimindəki çıxışı, yüksək səviyyəli görüşləri, danışıqları, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilməsi ilə əlaqədar imzalanmış Ankara bəyannaməsi və s. öz əksini tapmışdır. Kitabda, həmçinin, Azərbaycanın şəhid olmuş döyüşçülərinin valideynlərinə, ailə üzvlərinə, qaçqın və məcburi köçkünlərə, elm, ədəbiyyat, mədəniyyət xadimlərinə və idmançılara böyük diqqət və qayğı, onlara Azərbaycanın dövlət mükafatlarının təqdim olunması, milli-mənəvi dəyərlərə, islam sivilizasiyasına yüksək qiymət də öz əksini tapmı