Kitab haqqında

Azərbaycanın qurtuluş tarixi

Azərbaycanın qurtuluş tarixi

Sərlövhə:
Azərbaycanın qurtuluş tarixi
Müəllif:
Səmədov Abutalıb
Nəşr ili:
2002
Cild:
3
Annotasiya:
"Azərbaycanın qurtuluş tarixi"nin "Xəyanət adlanan III cildində 1993-cü ilin ikinci yarısında dövlətçiliyimizə qarşı törədilən xəyanətlər və onların qarşısını almaq üçün Böyük Xilaskar Heydər Əliyevin gördüyü işlər, atdığı müdrik, cəsarətli addımlar öz əksini tapmışdır. 1993-cü ilin iyununda AXC-Müsavat iqtidarının naşılığından və qorxaqlığından istifadə edən S. Hüseynov- R. Qazıyev- Ə. Hümbətov- A. Mütəllibov qruplaşmasının hakimiyyəti ələ keçirmək üçün törətdikləri təxribatlar- "Talış-Muğan Respublikası"nın yaradılması, torpaqların ermənilərə təhvil verilməsi və s. Azərbaycanı son dərəcə fəlakətli vəziyyətə salmışdı. Kitabda dövlətimizi bu ağır durumdan xilas etmək üçün H. Əliyevin göstərdiyi fəaliyyət arxiv materiallarına və rəsmi sənədlərə istinad edilməklə oxuculara çatdırılır.

Biblioqrafik təsvir

Səmədov, Abutalıb Qənbər oğlu. Azərbaycanın qurtuluş tarixi / A. Q. Səmədov 
III cild: Xəyanət / elmi red. Ə. M. Həsənov.- Bakı: Tural-Ə NPM, 2002.- 456 s.