Kitab haqqında

Qloballaşma və miqrasiya siyasəti

Qloballaşma və miqrasiya siyasəti

Sərlövhə:
Qloballaşma və miqrasiya siyasəti
Müəllif:
Sərdarov Məmmədağa
Nəşr ili:
2010
Annotasiya:
Kitabda hazırda bütün dünyanı öz orbitinə cəlb edən qloballaşmanın həyatımızın sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni sferalarına təsiri barədə qısa məlumat verilir, öz müsbət və mənfi cəhətləri ilə ölkələri narahat edən bu prosesə bir sıra alimlərin və mütəxəssislərin yanaşmalarına dair nümunələr gətirilir. Mövzu ilə əlaqədar müəllifin qarşıya qoyduğu əsas məqsəd qloballaşma və inteqrasiya mühitində əhali miqrasiyasının idarə olunmasında yaranan problemləri araşdırmaq və belə şəraitdə Azərbaycanda aparılan miqrasiya siyasətini şərh etməkdən ibarətdir. Eyni zamanda tədqiqat aparılarkən müəllifi düşündürən məsələlərdən biri də yerli özünüidarə orqanları olan bələdiyyələrin miqrasiya problemi ilə əlaqəsini öyrənmək, onların diqqətinə miqrasiyanı doğuran bəzi amilləri çatdırmaq idi.

Biblioqrafik təsvir

Sərdarov, Məmmədağa Əhmədkərim oğlu. Qloballaşma və miqrasiya siyasəti / M. Ə. Sərdarov; elmi red. Ə. M. Tağıyev; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu.- Bakı: Təknur, 2010.- 124 s.