Dərslikdə Azərbaycan hüququnun yaranması və inkişafı məsələləri qədim zamanlardan başlayaraq XXI əsrin əvvəllərinədək olan dövrdə xronoloji ardıcıllıqla araşdırılır. Proqrama müvafiq surətdə yazılmış dərslikdə Azərbaycan ərazisində mövcud olan dövlətlərin ərazisində baş verən hüquqi proseslər, xalqımızın özünün hüquqi şüurunun məhsulu olan hüquq abidələri və mənbələri ilə yanaşı, ölkəmizin ərazisində bu və ya digər səbəblərdən asılı olaraq müəyyən tarixi zaman kəsiyində tətbiq edilən hüquq mənbələri, hüquq institutları və normaları da sistemli şəkildə əks etdirilmişdir.
Biblioqrafik təsvir
İsmayılov, Xəyyam Cəbrayıl oğlu. Azərbaycanın hüquq tarixi: dərslik / X. C. İsmayılov; elmi red. M. F. Məlikova.- Bakı: Elm və Təhsil, 2015.- 572 s.