Kitab haqqında

Azərbaycan tarixi

Azərbaycan tarixi

Sərlövhə:
Azərbaycan tarixi
Nəşr ili:
2009
Cild:
2
Annotasiya:
Dərslikdə XX əsrin əvvəllərində ölkəmizdə kənd təsərrüfatı və sənayenin inkişafı, hökumətin verdiyi aqrar qanunlar, çarizmin köçürmə, həmçinin milli qırğın siyasəti, siyasi partiyaların və siyasi təşkilatların yaranması, çar rejiminə qarşı yönəlmiş fəhlə tətilləri və kəndli çıxışlarından bəhs olunur. Bununla yanaşı, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti, onun daşnak-bolşeviklər tərəfindən devrilməsi, bolşevik ağalığı dövründə Azərbaycanda baş vermiş faciələr, 20-30-cu illərin repressiyaları, Vətən müharibəsində Azərbaycanın iştirakı, "mülayimləşmə" dövründə ölkəmizin vəziyyəti əhatə olunmuşdur. XX əsrin son 30 ilinə xüsusi yer verilmişdir. SSRİ-nin dağılması, Azərbaycanda dövlətçiliyin bərpası, Qarabağ düyünü, Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun prezidentliyi dövründə daxili və xarici siyasət kitabda hərtərəfli işıqlandırılmışdır.

Biblioqrafik təsvir

Azərbaycan tarixi: dərslik 
II cild: XX əsr / Y. B. Yusifov [et al.]; red. T. T. Vəliyev.- Bakı: Təhsil, 2009.- 560 s.