Tanınmış jurnalist-tədqiqatcı, Naxcıvan MR-nın əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin "Tarixin bir günü və ya Bir günün tarixi" kitabı müəllifin son illərdə SPACE televiziyasında getmiş, böyük ictimai, elmi-ideoloji maraq doğuran filmlərin ssenari-mətnləri əsasında hazırlanmışdır. Kitabda Azərbaycanın ən yeni tarixinin bir sıra unudulmuş və ya unutdurulmuş məqamları barədə yeni mənbələrə dayanılaraq geniş elmi-publisistik şərhlər verilir.
Biblioqrafik təsvir
Ələkbərzadə, Mehriban Zaur qızı. Tarixin bir günü və ya bir günün tarixi / M. Z. Ələkbərzadə; elmi red. N. Q. Cəfərov; Azərbaycanda Atatürk Mərkəzi.- Bakı: Təhsil, 2005.- 128 s.