Azərbaycan: suvarma əkinçiliyinin reformasiyası və ekoloji dayanıqlığı
Azərbaycan: suvarma əkinçiliyinin reformasiyası və ekoloji dayanıqlığı
Sərlövhə:
Azərbaycan: suvarma əkinçiliyinin reformasiyası və ekoloji dayanıqlığı
Müəllif:
Rzayev Mehman
Nəşr ili:
2019
Annotasiya:
Bu monoqrafiyada müəllif tərəfindən aparılmış çoxillik elmi-tədqiqatların nəticələrinə əsaslanaraq bazar iqtisadiyyatının formalaşdığı dövr ərzində Azərbaycanın suvarma əkinçiliyinin transformasiyasının xüsusiyyətləri, özəlləşdirilmiş əkin torpaqlarından və suvarmada sudan istifadənin müasir problemləri, müxtəlif inkişaf səviyyəli və aqrar sektorunun strukturu və inkişaf modelləri fərqli olan bir sıra ölkələrin təcrübələrindən bəhs edilmişdir. Müəllif kompleks yanaşma əsasında və regionun xüsusiyyətləri nəzərə alınmaqla qlobal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına yönələn və səmərəli suvarma əkinçiliyinə nail olunması yollarını əsaslandırmışdır. Ekoloji dayanıqlı suvarma əkinçiliyin nail olunmasına imkan verən, o cümlədən suvarma və meliorasiya sistemlərinə investisiya qoyuluşlarının əsaslandırılması və iş səmərəliyinin artırılmasına yönələn çoxsəviyyəli qiymətləndirmə metodunun elmi-nəzərə və praktik əsasları irəli sürulmüşdür.
Biblioqrafik təsvir
Rzayev, Mehman Ağarza oğlu. Azərbaycan: suvarma əkinçiliyinin reformasiyası və ekoloji dayanıqlığı: monoqrafiya / M. A. Rzayev; elmi red. Q. Ş. Məmmədov.- Bakı: Elm və təhsil, 2019.- 372 s.