YAP-ın on illik yübileyi münasibətilə nəşr olunan topluya Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri H.Əliyevin ictimai-siyasi həyatımızın aktual məsələlərini və YAP-ın fəaliyyətini özündə əks etdirən çıxışları, nitqləri, müraciətləri daxil edilmişdir. Kitabda YAP-ın yaranmasının tarixi zəruriliyi, on il ərzində onun keçdiyi yol və müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında YAP-ın yeri və rolu, çoxpartiyalı sistemdə demokratik cəmiyyət quruculuğunun əsasları, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların uğurları, ideoloji-təbliğat və hərbi vətənpərvərlik sahəsində qarşıda duran vəzifələr, Azərbaycanın beynəlxalq əlaqələrinin və xarici siyasətinin bir sıra cəhətləri dahiyanə uzaqgörənliklə izah edilir.