Monoqrafiyada Yenisey abidələrindəki söz yaradıcılığı üsulları və onların əmələ gətirdiyi sözlər öyrənilir. Yenisey abidələrində söz yaradıcılığının leksik-semantik, morfoloji-sintaktik, morfoloji və sintaktik üsullarını görmək olar. Kitabda Yenisey abidələrindəki söz yaradıcılığı üsulları digər qədim türk yazılı abidələri ilə müqayisədə nəzərdən keçirilir, onları digər abidələrdəkindən fərqləndirən cəhətlər və bu fərqlərin səbəbləri müəyyənləşdirilməyə çalışılır.
Biblioqrafik təsvir
Əhmədova, Aysel Vidadi qızı. Yenisey abidələrində söz yaradıcılığı: monoqrafiya / A. V. Əhmədova; elmi red. N. B. Məmmədli; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Elm və təhsil, 2024.- 190 s.