Bu əsərdə Araukaniyada gedən müharibənin son fazası əks olunub. Perudan gələn güclü ekspedisiya aborigenlərə qarşı bir-birinin ardınca sarsıdıcı zərbələr endirir. Ölkənin demək olar ki, 90%-i ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada təsərrüfat işləri görmək və inzibati orqanlar yaratmaqdan ötrü, Perudan yeni-yeni qüvvələr gətirdilməyə başladı. Cürbəcür təbəqəni əhatə edən kolondatorlar Araukaniyanı işğal edilmiş öz torpaqları hesab edirlər. Lakin aylar və illər keçdikcə burdakı əhalinin döyüşkənliyini, yenilməzliyini və ölkənin sərt iqlimini görən ispanlar cənnətə yox, cəhhənəmə düşdüklərini dərk edirlər. Qraf Ferdinand Morelosun səriştəsizliyi ucbatından yüzlərlə əsgərin qanı bahasına əldə edilən qələbə ispanların əlindən çıxır. Gözlənilməz anda üsyana qalxan araukanlar böyük qurbanlar hesabına öz ölkələrini işğalçılarından azad edə bilirlər.
Biblioqrafik təsvir
Dəniz, Ramiz. Cənnətə gedənlər cəhənnəmə düşürlər / R. Dəniz; red.: N. Nakif qızı, B. Dəmircan IV cild.- Bakı: Nasir, 2014.- 556 s.