- Sərlövhə:
- Sızan həqiqətlər
- Müəllif:
- Mustafayev Rəfail
- Nəşr ili:
- 2013
- Annotasiya:
- "Sızan həqiqətlər" oğuznaməsi Səlcuq elatının yaranması, elatın "Səlcuq elatı" və "Arslan elatı (Qara Dağlı) kimi iki hissəyə ayrılaraq, Arslan Yabqunu hiylə işlədərək həbs etmiş sultan Mahmud Qəznəviyə qarşı mübarizəyə başlaması, uzun sürən müharibə nəticəsində böyük əraziləri idarəsi altına alması, Böyük Səlcuqlu Dövlətinin yaranması, bütün İslam dünyası üçün böyük təhlükə olan Bizans imperiyasına qarşı cihad tarixindən, siyasi çəkişmələrdən, meydan savaşlarından bəhs edən, həcminə görə dünya ədəbiyyatının ən böyük poemalarından olan, klassik poeziya ruhunda qələmə alınmış möhtəşəm əsərdir. Kitabda 20 yanvar şəhidlərinə həsr edilmiş, əruz vəznində yazılmış "Xalqın səhəri" adlı, kiçik həcmli poema, bir neçə şeir və qəzəl də yer almışdır.
Mustafayev, Rəfail Salman oğlu. Sızan həqiqətlər: oğuznamə: tam həcmdə / R. S. Mustafayev.- Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2013.- 544 s