Dərslikdə aeronaviqasiyada istifadə olunan xəritələrin hansı kartoqrafiya proyeksiyasında tərtib olunmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, dərslikdə topoqrafiya, geodeziya, kartoqrafiyaya geniş yer verilib. Burada Yerin forması, ölçüləri, aviasiyada istifadə olunan koordinat sistemləri, müxtəlif proyeksiyalarda tərtib olunmuş xəritələr haqqında və təcrübəvi olaraq xəritələrdən istifadə qaydası da öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Aeronaviqasiyada kartoqrafik proyeksiyalar: dərslik / A. M. Paşayev [et al.]; elmi red. S. A. Qəniyeva, R. V. Bayramov.- Bakı: Nafta-Press, 2006.- 304 s.