Monoqrafiyada Mirzə Kazımbəyin 1846-cı ildə nəşr olunan "Türk-tatar dilinin qrammatikası" əsərindən başlayaraq 2000-ci ilə qədər ardıcıl olaraq Türk dili adı altında nəşr olunan dərsliklər tədqiqata cəlb edilmiş və bu kitablarda "Sifət" adlanan nitq hissəsinin keçdiyi uzun bir tarixi yol işıqlandırılmışdır. Bununla yanaşı XX əsrdə Türkiyə türkcəsinə aid yazılış qrammatika kitablarında da sifətin keçdiyi yol, bu iki qardaş xalqların qrammatika kitablarında "Sifətin" oxşar və fərqli xüsusiyyətləri müqayisə edilmişdir.
Biblioqrafik təsvir
Zeynal, Sərdar. Sifət XIX və XX əsrin qrammatika kitablarında: Türkiyə türkcəsi ilə müqayisəli: monoqrafiya / S. Zeynal; elmi red. Q. Ş. Kazımov; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: ADPU nəşriyyatı, 2021.- 191 s.