Müəllif bu kitabda 11 sentyabr hadisəsindən sonra ABŞ-ın Yeni Orta Şərqi yaratmaq üçün şərq ölkələrində apardığı siyasətə, İraq ərazisində yarımüstəqil Kürdüstanın yaradılmasına və regionda "ərəb baharı" nəticəsində siyasi islamın hakimiyyətə gəlməsi məsələsinə toxunur. Bundan başqa Orta Şərqdə Yeni müstəqil Kürdüstan dövlətinin yaradılması məsələsini də açıqlayır.
Biblioqrafik təsvir
Kərimova, Məlahət Rəşid qızı. Ərəb baharı, yoxsa Yeni Orta Şərq? / M. R. Kərimova.- Bakı: Çıraq, 2012.- 104 s.