Kitab haqqında

Əsrə bərabər illər

Əsrə bərabər illər

Sərlövhə:
Əsrə bərabər illər
Müəllif:
Əliyev Rauf
Nəşr ili:
2021
Annotasiya:
Kitabda jurnalist Rauf Əliyevin (Kəngərli) AZƏRTAC və "Şərq qapısı” qəzetində işıq üzü görmüş analitik materialları toplanılıb. Bu məqalələrdə 2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatına qızıl hərflərlə yazılmış müxtəlif tədbirlər icmallarla oxucuya təqdim edilir. Təməli 1995-ci ildə qoyulmuş inkişaf proseslərindən bəhs olunan, getdikcə coğrafiyası genişləndirilən belə tədbirlərin qələmə alındığı yazıları dünənə ehtiramın, sabaha cavabdehlik hissinin ifadəsi kimi həm də tarix üçün qısa zaman kəsiyi olan 6 ilin ensiklopediyası da adlandırmaq olar.

Biblioqrafik təsvir

Əliyev, Rauf Feyzulla oğlu. Əsrə bərabər illər / R. F. Əliyev; red. M. Məmmədoğlu.- Naxçıvan: Əcəmi NPB, 2021.- 496 s.