Kitab haqqında

Lori vilayətinin icmal dəftəri

Lori vilayətinin icmal dəftəri

Sərlövhə:
Lori vilayətinin icmal dəftəri
Nəşr ili:
2004
Annotasiya:
XVI yüzilliyin sonlarında Osmanlı-Səfəvi müharibəsi nəticəsində Güney Qafqaz, o cümlədən Azərbaycan ərazilərinin böyük hissəsi Osmanlı imperiyasının tərkibinə daxil edilmişdir. Osmanlı məmurları yeni fəth olunmuş torpaqlar üzərində inzibati-ərazi bölgüsü, təhrir və qeydiyyat işləri aparmış, onların nəticələrini tərtib etdikləri müfəssəl icmal dəftərlərində əks etdirmişdilər. Günümüzə qədər gəlib çatmış bu sənədlərdən biri 1590-cı il Lori vilayətinin icmal dəftəridir. Əlyazması İstanbul Başbakanlık Osmanlı Arxivində saxlanan bu dəftər Güney Qafqaz, o cümlədən Azərbaycanın orta çağ tarixinə dair dəyərli və dəqiq qaynaqdır.

Biblioqrafik təsvir

Lori vilayətinin icmal dəftəri / AMEA ak. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu; ön sözün müəl., tərt., tərc. Ş. Mustafayev, elmi red. H. Məmmədov.- Bakı: Nurlan, 2004.- 87 s.