Dərs vəsaitində avtomobillərin işıqlandırma sistemləri araşdırılmış və qarşıda duran problemlərin həlli yolları göstərilmişdir. İşıqlandırma sistemlərində faraların, fənərlərin, işıq mənbələrinin növləri və konstruksiyaları verilmişdir. İşıqlandırma və siqnalizasiya cihazlarına qoyulan tələblər, işığın yayılma normaları, tətbiq olunan optik elementlərin və işıq mənbələrinin xarakteristikaları ifadə olunmuşdur.
Biblioqrafik təsvir
Bağırov, Sabir Ağabağır oğlu. Avtomobillərin işıqlandırma texnikası: dərs vəsaiti / S. A. Bağırov; elmi red. S. Ə. Əliyarzadə; Azərbaycan Texniki Universiteti.- Bakı: Kingprint, 2021.- 190 s.