Kitab haqqında

Abşeron memarlığı

Abşeron memarlığı

Sərlövhə:
Abşeron memarlığı
Müəllif:
Fətullayev-Fiqarov Şamil
Nəşr ili:
2013
Annotasiya:
Kitabda Abşeronda yerləşən yaşayış məntəqələrinin şəhərsalma strukturu tədqiq edilmiş, 71 məscid, 55 hamam, 15-dən çox məqbərə, 10 ovdan, Mərdəkan sarayları və nəhayət, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Teymur bəy Aşurbəyovun, Kərbəlayi İsrafil Hacıyevin, Tağı bəy Səfərəliyevin, Məmməd bəy Xanlarovun və başqalarının məşhur villaları ölçülmüşdür. Bu bütöv memarlıq-planlaşdırma materialı uzun illəri əhatə edən elmi iş prosesi zamanı aşkar edilmiş, dini tikililərin, hamamların, ovdanların, məqbərələrin və villaların təsnifatının əsasını təşkil etmiş və Abşeronun şəhərsalma və memarlığında mövcud olan boşluğu müəyyən dərəcədə dolduran monoqrafik tədqiqat şəklində təqdim olunmuşdur.

Biblioqrafik təsvir

Fətullayev-Fiqarov, Şamil Seyfulla oğlu. Abşeron memarlığı: albom / Ş. S. Fətullayev-Fiqarov; layihənin rəh. E. Ə. Qasımzadə; Azərbaycan Respublikasının Memarlar İttifaqı.- Bakı: Şərq-Qərb, 2013.- 476 s.