Birinci kitabda olduğu kimi, bu əsərində də müəllif- Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru, görkəmli jurnalist-publisist Fazil Rəhmanzadə müxtəlif xarici ölkələrə səfərlərindən, o yerlərdə məskunlaşmış soydaşlarımızın həyat və ömür yollarından, problemlərindən, istək və arzularından söhbət açmışdır. "Yol"un ikinci kitabında da oxucular Ermənistan-Azərbaycan münaqişəsi, erməni məkri ilə bağlı yeni faktlar və sənədlərlə tanış olacaqlar.
Biblioqrafik təsvir
Rəhmanzadə, Fazil Şamil oğlu. Yol: tarixi-publisistik qeydlər / F. Ş. Rəhmanzadə; red.: Ş. F. Rəhmanzadə, F. Qurbanova II kitab.- Bakı: Azərnəşr, 2012.- 672 s.