AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun multidissiplinar əlyazmaları haqqında toplu və müfəssəl məlumatlar ilk dəfədir ki kitab şəklində nəşr olunur. Azərbaycan, Ərəb və Fars dillərində elmin müxtəlif sahələrini əhatə edən 150-yə yaxın multidissiplinar əlyazmanın paleoqrafik təsvirini özündə cəmləyən bu kitab xalqımızın zəngin elmi, mədəni, tarixi keçmişinə işıq salır.
Biblioqrafik təsvir
Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər / AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu; layihənin rəh. T. Kərimli; ideya müəl. A. A. Əlizadə; elmi red. İ. Ə. Həbibbəyli.- Bakı: Hədəf Nəşrləri, 2017.- 328 s.