Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in yaranması və fəaliyyəti
Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in yaranması və fəaliyyəti
Sərlövhə:
Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in yaranması və fəaliyyəti
Müəllif:
Abasova Leyla
Nəşr ili:
2020
Annotasiya:
Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan Dövlət Nəşriyyatının -"Azərnəşr"in fəaliyyətinin kompleks şəkildə öyrənilməsi öz əksini tapmışdır. Burada Azərbaycan Dövlət Nəşriyyatının yaranması, nəşriyyatın ayrı-ayrı elm sahələri üzrə kitab nəşrində yeri və rolu, tədris kitablarının nəşrə hazırlanmasında və inkişafında əhəmiyyəti, Azərbaycan kitabının təbliği və yayılmasında nəşriyyatın fəaliyyəti faktlar əsasında şərh edilir. Monoqrafiyada yeri gəldikcə Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyəti, yəni nəşriyyatın əsas istiqamətləri, başqa sözlə, kitabın sahə quruluşunda, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə kitab nəşrində, seriyalı nəşrlərin buraxılmasındakı fəaliyyəti zəngin faktlar əsasında işıqlandırılır. Monoqrafiyada, həmçinin "Azərnəşr"in direktorlarının və redaktorlarının nəşriyyatın fəaliyyətinin təşkilində və inkişafında xidmətləri öz əksini tapmışdır. Burada eyni zamanda müstəqillik şəraitində nəşriyyatın çap məhsulunun quruluş təhlili, tərtibatı, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin əsərlər külliyyatının nəşrə hazırlanmasında və çapdan buraxılmasında "Azərnəşr"in rolu əhatə edilir. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsərləri külliyyatının nəşr xüsusiyyətləri də öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Abasova, Leyla Qabil qızı. Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in yaranması və fəaliyyəti: monoqrafiya / L. Q. Abasova; elmi red., ön sözün müəl. B. V. Allahverdiyev.- Bakı: Aspoliqraf, 2020.- 352 s.