Kitab haqqında

İtbaşı

İtbaşı

Sərlövhə:
İtbaşı
Müəllif:
Qabiloğlu Mahir
Nəşr ili:
2019
Cild:
2
Annotasiya:
Yazıçı Mahir Qabiloğlunun "İtbaşı” romanı əslində acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır. Bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb. Əsərdə hadisələr məchul bir Şərq ölkəsində baş versə də, əsəri oxuyandan sonra görürsən ki, müəllif Qərb dövlətlərinin, krallıqlarının vəhşi qaydalarla formalaşdığı zamanı əks etdirib. Əsərdə həmçinin insan psixologiyasının bütün qatları, kompleksləri açılır. Mahir Qabiloğlu əsərdə açıq şəkildə iddia edir ki, bu günün özündə belə, böyük güclər xırda dövlətləri təsir altında saxlamaq üçün yad ideologiyaları, vərdişləri zorən cəmiyyətlərə qəbul etdirir, qeyri-ənənəvi baxışları az qala ilahi baxışlar kimi təqdim edirlər. Romanda şair Qabilin iki rübaisi və şair Səməd Mənsurun "Həpsi rəngidir" şeiri verilib.

Biblioqrafik təsvir

Qabiloğlu, Mahir. İtbaşı: roman / M. Qabiloğlu; red. E. Elgün. 
II hissə.- Bakı: Adiloğlu, 2019.- 308 s.