Kitab haqqında

Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər

Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər

Sərlövhə:
Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər
Müəllif:
Ələkbərli Faiq
Nəşr ili:
2020
Cild:
2
Annotasiya:
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı monoqrafiyasının ikinci hissəsində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M.Ə. Rəsulzadə, M.B. Məhəmmədzadə, Ü. Hacıbəyli, N. Yusifbəyli və başqaları); 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik (N. Nərimanov, S.M. Əfəndiyev, R. Axundov, H. Hüseynov, C. Nağıyev və başqaları); 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm (C. Məmmədquluzadə, Ö. F. Nemanzadə, M.Ə. Sabir, H. Cavid, A. Şaiq, A. Səhhət, M. Hadi və başqaları).

Biblioqrafik təsvir

Ələkbərli, Faiq Qəzənfər oğlu. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər: monoqrafiya / F. Q. Ələkbərli; elmi red. Z. M. Şabanov; Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.
II hissə.- Bakı: Elm və təhsil, 2020.- 864 s.