- Sərlövhə:
- Qaçaq Nəbi
- Nəşr ili:
- 2009
- Annotasiya:
- Azərbaycan xalqının milli azadlıq hərəkatında özünəməxsus iz qoymuş yüzlərlə qəhrəmanlarından biri də Nəbi Alı oğludur. Xalq arasında Qaçaq Nəbi kimi məşhur olan bu Azərbaycan oğlu zalımlara, zülmkarlara, xalqı talayıb son tikəsini onların əlindən alan şovinist, çar üsul idarəsinə, onun hökumət dairələrinə qarşı mübarizə apararaq xalqın milli qəhrəmanına çevrilmişdir. Qaçaq Nəbi həyatını və qısa ömrünü xalqına, onun azad yaşamasına həsr etmiş bu müqəddəs yolda şəhidlik zirvəsinə ucalmışdır. Xalq öz növbəsində onun bu qəhrəmanlıqlarına dastanlar, nəğmələr qoşmuş, nəsillərdən nəsillərə ötürmüş və onu yaşatmışdır.
Biblioqrafik təsvir
Qaçaq Nəbi / AMEA Folklor İnstitutu; tərt.: Ə. Ə. Axundov, Ə. Q. Cəfərov.- Bakı: Çıraq, 2009.- 440 s.