Bu seriyanın ikinci kitabı, "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına müvafiq olaraq, M. Ə. Rəsulzadənin 140 illiyinə həsr edilir. Kitabda Məhəmməd Əmin Rəsulzadənin 1918-1920-ci illərdə "Azərbaycan" qəzetində çap olunmuş yazıları toplanılıb.
Biblioqrafik təsvir
Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan" yazıları / ADA Universiteti; tərt., translit.: M. Gəncəli, A. Ağaoğlu; elmi red. T. H. Kərimli.- Bakı: Çaşıoğlu, 2024.- 215 s.