Kitab Azərbaycanın ekoturizm potensialına, onun təbiəti, təbii sərvətləri və mədəni irsinə həsr edilib. Məlumatlar iqtisadi-coğrafi rayonlar və inzibati vahidlər əsasında, onların fiziki xəritələri də daxil olmaqla verilib. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik və s. mövzular üzrə qruplaşdırılıb. Təbiət abidələri bioloji, geoloji və paleontoloji təsnifat əsasında verilib. Bir sıra unikal təbiət abidələri, nadir-nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqındakı məlumatlar, onların fotoşəkilləriilk dəfə olaraq təqdim edilir. Kitabda həmçinin Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri öz əksini tapıb. Verilmiş məlumatlar yüksək keyfiyyətli illüstrativ materiallarla müşayiət edilərək ən yeni və ciddi mənbələrə əsaslanır.
Biblioqrafik təsvir
Azərbaycan: ekoturizm potensialı = Azerbaijan: ecotourism potential / Q. Məmmədov [et al.] ; tərc.: A. Dvortsova, Ş. Həsənova ; ümumi red. Ə. M. Qarayev; elmi red.: A. Əlizadə, İ. Ələkbərov, T. Talıbov. II kitab.- Bakı: Şərq-Qərb, 2012.- 420 s.