Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının, ədəbi-tənqidi fikrinin görkəmli nümayəndəsi Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri tədqiq olunmuşdur. Mirzə İbrahimovun ədəbi-tənqidi irsinə ədəbin klassik Azərbaycan ədəbiyyatına - qədim və orta əsrlər Azərbaycan poeziyasına, realist və maarifçi ədəbiyyatına dair tədqiqatları, "Molla Nəsrəddin" ədəbi məktəbi, satirik poeziya məktəbi, Cəlil Məmmədquluzadə irsi haqqında fikirləri, müasir ədəbi prosesə dair araşdırmaları aspektində nəzər salınmışdır.
Biblioqrafik təsvir
Nəsibova, Vüsalə Roma qızı. Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri: monoqrafiya / V. R. Nəsibova; red. A. Ramazanova; AMEA Folklor İnstitutu.- Bakı: Elm və təhsil, 2025.- 186 s.