- Sərlövhə:
- Hakimiyyət əzmi
- Müəllif:
- Nitsşe Fridrix
- Nəşr ili:
- 2008
- Annotasiya:
- Müəllif "Hakimiyyət əzmi"ni əsas nəzəri-fəlsəfi əsəri kimi qələmə almışdır. Qeyri-adi düşüncə tərzinə malik böyük filosofun bu əsərində qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabarıqdır. Nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər və kateqoriyalar əsərdə geniş fəlsəfi şərhini tapmışdır. Kitaba dahi alimin "Yolçu və kölgəsi" adlı daha bir əsəri daxil edilmişdir. O, burada da çeşidli anlayışların fəlsəfi-psixoloji mahiyyətini, əsasən, tezislər şəklində açır.
Biblioqrafik təsvir
Nitsşe, Fridrix Vilhelm. Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi / F. V. Nitsşe; rus dilindən tərc. Ş. Qurbanov. Yolçu və kölgəsi / rus dilindən tərc. Y. Rəhimoğlu.- Bakı: Zəkioğlu, 2008.- 588 s.