Dərsliyə xarici ölkələrin vergitutma sisteminin digər ölkələrlə, o cümlədən, Azərbaycanın vergi sistemi ilə müqayisəli təhlili üçün müvafiq mövzular daxil edilmişdir. Dərslikdə xarici ölkələrin vergi siyasəti və vergitutmanın prinsipləri, vergi statistikasının ümumi xarakteristikası, beynəlxalq iqtisadi fəaliyyətin vergi tənzimlənməsi, beynəlxalq vergi planlaşdırılması, beynəlxalq vergi hüququnun əsasları, xüsusi vergi rejimləri və vergitutma məsələləri, xarici ölkələrin vergi sisteminin xüsusiyyətləri və xarici ölkələrin vergi sistemlərinin beynəlxalq təcrübəsi öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Kəlbiyev, Yaşar Atakişi oğlu. Xarici ölkələrin vergi sistemi: dərslik / Y. A. Kəlbiyev, R. B. Məhərrəmov, P. Q. Rzayev; elmi red. Y. A. Kəlbiyev.- Bakı: İqtisad Universiteti nəşriyyatı, 2011.- 554 s.