Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi
Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi
Sərlövhə:
Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi
Müəllif:
Yaqublu Nəsiman
Nəşr ili:
2009
Annotasiya:
Kitabda Azərbaycan Milli İstiqlal Mübarizəsinin ayrılmaz tərkib hissəsi olan mühacirət dövrü araşdırılıb. Türkiyə cümhuriyyətinin dəstəyi ilə Ankarada və İstanbulda azərbaycanlı mühacirlər çoxlu sayda qəzet, jurnal və kitablar nəşr ediblər. 1920-ci ilin 27 aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Sovetlər Birliyi əleyhinə azərbaycanlıların Türkiyədə siyasi mücadiləyə başlaması zəngin tarixi sənədlər əsasında oxucuya təqdim edilib. Bundan əlavə, mühacirət mətbuatında sovet rejimi əleyhinə çap olunmuş bəzi yazılar da seçilərək kitabda çap edilib.
Biblioqrafik təsvir
Yaqublu, Nəsiman Qara oğlu. Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi: Sovetlər dönəmi: 1920-1991-ci illər / N. Q. Yaqublu; elmi red. S. R. Məmmədli.- Bakı: Abşeron Nəşr, 2009.- 196 s.