Filologiya elmləri doktoru, professor C.Q. Nağıyevin Dünya ədəbiyyatı tarixi ixtisası üzrə hazırladığı dərsliyin birinci hissəsi Qədim dünya ədəbiyyatının Şərq ədəbiyyatı bölməsini əhatə edir. Burada Azərbaycanda ilk dəfə olaraq Qədim Şumer-akkad, Qədim Asiya və Anadolu, Qədim Misir, Qədim Çin, Qədim hind, Qədim İran və Qədim yəhudi mədəniyyətləri və ədəbiyyatlarının tarixi sistemli şəkildə işlənmişdir. Bu dərslikdə ibtidai incəsənəti, qədim insanların ilk dini dünyagörüşləri, Qədim Şərq ədəbiyyatına daxil olan qəhrəmanlıq dastanları, lirika, dramaturgiya, şifahi xalq ədəbiyyatının müxtəlif nümunələri və elmlər araşdırılmış, bütpərəstlik, daosizm, konfutsianlıq, atəşpərəstlik və iudaizm dinlərinin müqəddəs kitabları öyrənilərək, onların ədəbi-bədii xarakteri müəyyən edilmiş və dünya ədəbiyyatı tarixində tutduqları yer göstərilmişdir.
Biblioqrafik təsvir
Nağıyev, Cəlil Qərib oğlu. Qədim Şərq ədəbiyyatı tarixi: dərslik / C. Q. Nağıyev; elmi red.: V. M. Məmmədəliyev, M. Mirzəyev.- Bakı: Asiya, 2004.- 545 s.