Dərs vəsaitində Web saytların yaradılmasının üsul və vasitələri izah edilmiş, mühəndis texnoloji, iqtisadi hesablamaların yerinə yetirilməsində, riyaziyyat, fizika, geologiya və s. təbiət elmlərinin nəzəri problemlərinin həllində geniş tətbiq olunan riyazi proqramlar şərh olunmuşdur. Kitabda HTML dilinin elementləri, müasir Web texnologiyalar haqqında məlumatlar verilmiş, Maple 9.01 riyazi proqram paketi, Ulead Gif Animator, Dreamweaver MX, Graph Digitizer, Advanced Grapher proqramları şərh olunmuşdur.
Biblioqrafik təsvir
Qurbanov, Azad Isa oglu. Fərdi kompüterlərin proqram təminatı: dərs vəsaiti / A. İ. Qurbanov, R. A. Abdullayeva; elmi red. Ə. M. Abbasov II cild.- Təkrar nəşr.- Bakı: Çaşıoğlu, 2006.- 176 s.