Dərs vəsaitində sosial işin deontologiyasının elmi-nəzər əsasları və peşə etikası prinsipləri sistemli şəkildə təqdim edilir. Vəsait Sosial iş ixtisası üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələr, doktorantlar, müəllimlər, sosial sahədə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Əsərdə sosail məsuliyyət, peşə borcu, etik şüur və sosial işçinin şəxsiyyətinin formalaşması problemi geniş şəkildə təhlil olunur.
Biblioqrafik təsvir
Məmmədova, Elnurə Bünyat qızı. Sosial işin deontologiyası: dərs vəsaiti / E. B. Məmmədova; elmi red. M. H. Nəzərov ; Azərbaycan Kooperasiya Universiteti.- Bakı: Elm, 2025.- 248 s.