Dərs vəsaitində Təsviri incəsənətin növlərinin, dizayn, teatr-dekorasiya sənətinin və kinetik sənətin ifadə vasitələri, onların işlənməsində lazım olan material və avadanlıqlar barədə məlumatlar verilir. Təsviri incəsənətin hər növünə aid şərh zamanı əyani olaraq illustrasiyaların verilməsi materialın oxunaqlığını və dərk edilməsini daha da artırır. Kinetika sənəti haqqında ədəbiyyatda ilk dəfədir ki, məlumat verilir.
Biblioqrafik təsvir
Məmmədov, Mərdan Mürsəl oğlu. Təsviri incəsənətin ifadə vasitələri: dərs vəsaiti / M. M. Məmmədov; elmi red. V. Xəlilov; Gəncə Dövlət Universiteti.- Bakı: Azərnəşr, 2019.- 160 s.