Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan " İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının Ukraynaya rəsmi səfəri zamanı Ukrayna prezidenti ilə danışıqları, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru diplomu ilə təltif olunması Enerji təhlükəsizliyi sammitdə iştirakına dair sənəd və materiallar yer almışdır. Həmçinin ölkəmizə səfərə gəlmiş Moldova prezidenti Vladimir Voronin, İordaniya kralı II Abdullah, İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla birgə görüşləri, çıxışları və əməkdaşlığa dair materiallar toplanmışdır.
Biblioqrafik təsvir
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. 30-cu kitab: aprel 2008 - iyun 2008.- Bakı: Azərnəşr, 2016.- 408 s.