"Aşıq divaniləri və müxəmməsləri" antologiyasında XVI-XXI əsrlərə məxsus aşıqların yaratdıqları divani və müxəmməs şeir çeşidlərinin ən seçkin örnəkləri toplanmışdır. Aşıq məclisinin açılışını, ilkin xeyir duasını ortaya qoyan divanilərin, eləcə də qapanışını xoş bir ovqatla tamamlayan müxəmməslərin tarixi-xronoloji ardıcıllığı toplu boyu diqqət önündə saxlanılır. Kitabda müxtəlif yüzilliklərdə yaşayıb yaratmış ustad sənətkarların sözü gedən tarixi məzmunu əks etdirən çoxsaylı divani və müxəmməslərindən örnəklər toplanmışdır.
Biblioqrafik təsvir
Aşıq divaniləri və müxəmməsləri / Xəstə Qasım, Xəstə Hasan, V. Abdalgülablı [et al.]; tərt.: M. Qasımlı [et al.]; red. A. Xəlilova; Azərbaycan Aşıqlar Birliyi.- Bakı: ADMİU, 2022.- 400 s.