Kitab haqqında

İmadəddin Nəsimi: 650 illik poetik-fəlsəfi yol

İmadəddin Nəsimi: 650 illik poetik-fəlsəfi yol

Sərlövhə:
İmadəddin Nəsimi: 650 illik poetik-fəlsəfi yol
Nəşr ili:
2019
Annotasiya:
Almanaxda "Nəsimi-650" yubiley ili münasibəti ilə cavan təqdiqatçıların, eyni zamanda, yeni nəsil şairlərin mütəffəkkir, lirik-fəlsəfi söz sənətkarı İmadəddin Nəsimi və Nəsimişünaslıq mövzusunda yeni elmi-tənqidi məqalələri, eləcə də poeziya nümunələri yer alıb. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyələşdirdiyi, YYSİB-nin "Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə" kulturoloji layihəsi çərçivəsində çapa hazırlanan bu kitaba, layihədəki redaksiya heyəti üzvlərinin seçimi əsasında, cavan alimlərin elmi-filoloji məqalələri, ədəbiyyatşünaslıq materialları, neo-poema və yeni nəsil şairlərin poeziya nümunələri daxil edilib.

Biblioqrafik təsvir

İmadəddin Nəsimi: 650 illik poetik-fəlsəfi yol: elmi-ədəbi, poeziya almanaxı / S. Şıxıyeva, V. Əhməd, A. Əbilov [et al.]; red. heyəti: T. Xəzər [et al.]; layihənin rəh., red. A. Əbilov; Azərbaycan Gənclər Fondu, Yeni yazarlar və Sənətçilər İctimai Birliyi.- Bakı: Avropa nəşriyyatı, 2019.- 64 s.