Kitab haqqında

Molla Nəsrəddin: 1921

Molla Nəsrəddin: 1921

Sərlövhə:
Molla Nəsrəddin: 1921
Nəşr ili:
2006
Annotasiya:
Azərbaycan xalqının milli oyanışı və tərəqqisində, anadilli mətbuatımızın inkişafında böyük rol oynamış "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi ilə bağlı günümüz üçün gərəkli ola biləcək bir nəşr hazırlamaq üçün götür-qoy edərkən müxtəlif fikirlər içərisində bu nəşrin Təbriz şəhərində işıq üzü görmüş 8 nömrəsini geniş ön sözlə çağdaş oxucuya çatdırmaq təklifi üstün gəlmişdir. "Molla Nəsrəddin" vaxtilə Qafqaz türklərinin mədəni mərkəzi sayılan Tiflisdə və Azərbaycanın hər iki paytaxtında- Təbrizdə və Bakıda işıq üzü görən yeganə milli nəşrimizdir. Jurnalın Tiflis və Bakı nəşrləri- Mirzə Cəlilin bu dövr fəaliyyəti daha əhatəli tədqiq olunduğu, öyrənildiyi halda, böyük ədib və demokrat publisistin 1918--21-ci illər bioqrafiyası, bu dövrün mərkəzində dayanan Təbriz nəşri yeni və ciddi araşdırmaya möhtacdır.

Biblioqrafik təsvir

Molla Nəsrəddin: 1921 / tərt. E. Qasımova; ön sözün müəl. T. Aydınoğlu; red. M. Nazimoğlu.- Bakı: Adiloğlu, 2006.- 80 s.