- Sərlövhə:
- İnkişaf - məqsədimizdir
- Müəllif:
- Əliyev İlham
- Nəşr ili:
- 2022
- Cild:
- 124
- Annotasiya:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirakına və verilən suallara genişməzmunlu cavablarına, Türkmənistan və Rumıniya Respublikasına işgüzar səfərlərinə, həmçinin Serbiya Respublikası Prezidentinin ölkəmizə səfəri zamanı çıxışlarına, görüş və danışıqlarına dair materiallar toplanmışdır. Kitabda dövlət başçısının Şəki və Oğuz rayonlarına səfəri zamanı ictimaiyyət nümayəndələri, sənətkarlarla görüşünə, bir sıra yol və mədəniyyət obyektlərinin açılışında iştirakına, Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşünə aid materiallar, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il münasibəti ilə Azərbaycan xalqına təbriki də yer almışdır.
Biblioqrafik təsvir
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev.
124-cü kitab: noyabr 2022 - dekabr 2022.- Bakı: Azərnəşr, 2022.- 372 s.