Monoqrafiyada XX əsrin əvvəlləri Azərbaycan poetik fikri ilk dəfədir ki, sistemli şəkildə tədqiq və təhlil edilir. Əsərdə maarifçi, inqilabi-demokratik, sosial-demokrat və milli-istiqlal fikir cərəyanlarına məxsus şeir təmayüllərinin meydana çıxmaları, iştirakçıları, əsərlərinin ideya-estetik xüsusiyyətləri, bu şeirin ümummilli ədəbi fikrin inkişafında oynadığı rol tarixi müqayisəli faktlar əsasında araşdırılır.
Biblioqrafik təsvir
Ağayev, İslam Məmməd oğlu. XX əsrin əvvəllərində Azərbaycan şeiri: monoqrafiya / İ. M. Ağayev; elmi red. A. B. Məmmədov.- Bakı: Elm, 2002.- 124 s.