Bu kitab Qarabağ və Azərbaycanın digər işğal olunmuş rayonlarının ağsaqqal, ziyalı və gənclərindən ibarət seçicilərinin təşəbbüs qrupunun Heydər Əlirza oğlu Əliyevin Respublika Prezidentliyinə namizəd irəli sürülməsi ilə bağlı 12 iyul 1998-ci ildə Şəhriyar adına klubda keçirdiyi ilk toplantıya həsr olunmuşdur. Müxtəlif bölgələri təmsil edənlərin çıxışlarında Azərbaycan dövlətinin və dövlətçiliyinin qarantı H.Əliyevə ümumxalq məhəbbəti, el-oba inamı bir daha öz dolğun ifadəsini tapmışdır.
Biblioqrafik təsvir
Xalqın səsi - haqqın səsi / tərt. V. İsmayılov; red. A. Cəmil.- Bakı: Azərbaycan nəşriyyatı, 1998.- 127 s.