Kitab haqqında

Gil-gilçay səddi və Çıraqqala

Gil-gilçay səddi və Çıraqqala

Sərlövhə:
Gil-gilçay səddi və Çıraqqala
Müəllif:
Əliyev Əsgər
Nəşr ili:
2014
Annotasiya:
Əsər erkən orta əsrlərdə Şimali-Şərqi Azərbaycanda inşa edilən Gil-gilçay səddinə və onun mərkəzi hissəsində ucaldılan Çıraqqala abidəsinə həsr olunub. Müəllif oxucuları bu abidələr haqqındakı mənbələrlə tanış edir, müdafiə məqsədi daşıyan qədim istehkamların quruluşunu, tikinti xüsusiyyətlərini diqqətə çatdırır, onların Sasani imperiyası ərazindəki oxşar tikililərlə müqayisəsini verir, Gil-gilçay səddi və Çıraqqala ətrafında aparılan, o cümlədən şəxsən özünün apardığı arxeoloji tədqiqatların nəticələrini ətraflı şərh edir.

Biblioqrafik təsvir

Əliyev, Əsgər Əli oğlu. Gil-gilçay səddi və Çıraqqala / Ə. Ə. Əliyev; elmi red. T. Əliyev; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: Turxan NPB, 2014.- 128 s.