Xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin bu cildində GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Yalta zirvə görüşündə nitqi, E. Şevardnadze, L. Kuçma, RF-nın Ukraynadakı səfiri B. Çernomirdin ilə, Ukraynada yaşayan soydaşlarımızla danışıqları, ölkəmizə səfər etmiş İtaliya, Lüksemburq, Yaponiya, Türkiyə, ABŞ, Almaniya, Ukrayna və Fransanın nüfuzlu dairələrinin nümayəndələri ilə söhbətləri verilmişdir. Kitabda Heydər Əliyevin respublikamızın milli mətbuat gününə həsr olunmuş mərasimdəki parlaq nitqi və Bakı Mətbuat Klubunun təsisçiləri ilə görüşdəki dərin məzmunlu çıxışı, həmçinin Dağlıq Qarabağ probleminin həlli və münaqişənin nizama salınmasına həsr olumuş materiallar dərc olunmuşdur.